Pleyeri seçin:

”Bu, beynəlxalq praktikada nadir olan hadisədir” | Bakı ədaləti necə bərpa etdi? - Baku TV

27 oktyabr 2026 33 baxış

Millət vəkili Rizvan Nəbiyev Baku TV-yə açıqlamasında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əhəmiyyətindən danışıb.

O bildirib ki, forum yalnız mədəniyyət məsələlərinin müzakirəsi üçün deyil, həm də qlobal problemlərin həlli yollarının axtarılması baxımından mühüm platformadır.

“Azərbaycan mədəniyyət diplomatiyası vasitəsilə qlobal gündəlikdə olan məsələləri müzakirəyə çıxarır, çağırışları gündəmə gətirir və onların həlli yollarını axtarır”, – deyə millət vəkili qeyd edib.

Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycanın əsrlər boyu formalaşmış multikulturalizm və dini tolerantlıq təcrübəsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

Deputat həmçinin Azərbaycanın sülh təcrübəsinə diqqət çəkib. Onun sözlərinə görə, ölkə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanla sülh təşəbbüsü ilə çıxış edib.

“Beynəlxalq praktikada qalib dövlətin məğlub dövlətlə birgəyaşayışı təmin etmək üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış etməsi nadir hallarda rast gəlinən hadisədir”, – deyə R.Nəbiyev bildirib.

Millət vəkili Vaşinqton sammitinin əhəmiyyətini vurğulayaraq sülh müqaviləsinin paraflanmasını mühüm dönüş nöqtəsi adlandırıb. O qeyd edib ki, növbəti mərhələdə müqavilənin imzalanması, ratifikasiyası və icrasına başlanması gözlənilir.

“Dünyada sülh yaratmağın Azərbaycan modeli öyrənilən və təqdir olunan modeldir. Azərbaycana marağın əsas səbəblərindən biri də budur”, – deyə Rizvan Nəbiyev əlavə edib.

Banner
Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM

Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM

Siyasət
27 oktyabr 2026 33 baxış
TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV

TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
İlham Əliyev və Səlim bin Məhəmməd əl-Malik arasındakı görüşdə nələr müzakirə edildi? - Baku TV

İlham Əliyev və Səlim bin Məhəmməd əl-Malik arasındakı görüşdə nələr müzakirə edildi? - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
“Kiminsə bizə nəsə diktə edə biləcəyi barədə fikirlər...” | Prezidentin mesajları “Haber Global”da

“Kiminsə bizə nəsə diktə edə biləcəyi barədə fikirlər...” | Prezidentin mesajları “Haber Global”da

Siyasət
27 oktyabr 2026 33 baxış
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nələr müzakirə olunur? - Baku TV

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nələr müzakirə olunur? - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları birgə foto çəkdirdi - Baku TV

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları birgə foto çəkdirdi - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
Prezidentdən sərəncam | Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi kim təyin edildi?

Prezidentdən sərəncam | Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi kim təyin edildi?

Siyasət
27 oktyabr 2026 33 baxış
“Biz çox fərəhlənirik ki, həmin dəyərləri əsrlərlə qoruyub saxlamışıq” | Prezident - Baku TV

“Biz çox fərəhlənirik ki, həmin dəyərləri əsrlərlə qoruyub saxlamışıq” | Prezident - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
“Bizim təcrübəmiz münaqişələri dayandırmağa kömək edə bilər” | Prezident İlham Əliyev - Baku TV

“Bizim təcrübəmiz münaqişələri dayandırmağa kömək edə bilər” | Prezident İlham Əliyev - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
“Beynəlxalq hüququ, ədaləti bərpa etdik, öz gücümüzə...” | Prezidentdən vacib açıqlamalar - Baku TV

“Beynəlxalq hüququ, ədaləti bərpa etdik, öz gücümüzə...” | Prezidentdən vacib açıqlamalar - Baku TV

Siyasət
27 oktyabr 2026 33 baxış
Seçilmişlər
icon