Pleyeri seçin:
Bu halda Ermənistan artıq Azərbaycanla həmrəydir | Erməni politoloq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Xarici İşlər Nazirliyi öz rəsmi saytında müəyyən dəyişikliklər edib.
Bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, portalda yer alan “Dağlıq Qarabağ problemi” bölməsindəki bütün məlumatlar silinib.
Onun sözlərinə görə, nazirliyin saytında sözügedən səhifə bu günə qədər mövcud idi və erməni, rus, ingilis və fransız dillərində fəaliyyət göstərirdi. İndi isə bu bölmə bütün dil versiyalarından yığışdırılıb.
“Əgər bu texniki səhv deyilsə, onda belə çıxır ki, Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, – deyə o paylaşımında yazıb.
Kopyalandı
#Ermənistan XİN teqi istifadə olunub
- Mirzoyan Rusiya Prezidentinin açıqlamalarına necə reaksiya verdi?
- Vaan Kostanyanın yerli televiziyaya diqqətçəkən müsahibəsi
- Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia
- Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama
- Davamlı sülh üçün növbəti mühüm addım | ABŞ-dəki görüşün detalları
