Bu ölkələrin rəsmiləri şəhidlərimizlə bağlı paylaşımlar etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş ölkənin qazilərinə öz minnətdarlığımızı bildiririk”.
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyi sentyabrın 27-də Azərbaycanda qeyd olunan Anım Günü ilə əlaqədar yaydığı bəyanatda bildirib.
Milli Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndirib. Türkiyənin Azərbaycandakı səfirliyi də 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.
“Adları əbədi olaraq Zəfər tarixinə həkk olunmuş qardaş Azərbaycanın şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anırıq”, – deyə səfirliyin “X” hesabındakı paylaşımında qeyd olunub.
Həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 27 Sentyabr – Anım Günü ilə bağlı “X” hesabında paylaşım edib.
“27 Sentyabr – Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik”, – deyə səfirin paylaşımında qeyd edilib.
#Türkiyə Milli Müdafiə Nazirliyi teqi istifadə olunub
- Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- “Yıldırımhan” adlı qitələrarası ballistik raket 6000 km məsafədəki hədəfləri vura biləcək
- Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk
- Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi
