Burak Tunçkol evinin həyətində Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir millət, iki dövlət" şüarı bu dəfə bir fərdin mənəvi borcu kimi təzahür edib. Türkiyəli iş adamı Burak Tunçkol Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini yaşatmaq üçün qeyri-adi addım atıb. O, öz şəxsi evinin həyətində Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş xüsusi xatirə guşəsi və abidə kompleksi ucaldıb. Baku TV-nin hazırladığı süjetdə Burak Tunçkolun bu ideyanı necə reallaşdırdığı, abidənin üzərində həkk olunan simvollar və qəhrəmanlarımızın adları barədə məlumat verilir. İş adamı bildirir ki, bu abidə gələcək nəsillərə qardaşlığımızın və ortaq zəfərimizin heç vaxt unudulmayacağını xatırladan bir nişanədir. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı bu xatirə həyətindən ən təsirli görüntülər Baku TV-nin xüsusi reportajında.
