Pleyeri seçin:

Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

03 may 2024 310 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Yuxularımda atam Aşıq Müseyibi göy eyvanlı evimizdə görürəm” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Cil kənd sakini Tərxanım Nəsibovanın həyat hekayəsinə həsr olunub.

O, Cil kəndində Aşıq Müseyibin ailəsində anadan olduğunu, uşaqlıq, orta məktəb illərinin unudulmadığını deyib:

“Oradakı ömür, həyat bugünkü dünyamın, ömrümün xoş xatirələrə bürünmüş, xoş arzulara köklənmiş bünövrəsidir. Vətənim Göyçə havası, suyu, otu, ağacı, çiçəyi, insanları və arzularımızla çox gözəl idi.

Qışda Göyçə gölü donardı. Kəndin yayı, payızı, yazı gözəl idi. Yay vaxtı quzuları dağlara çıxarırdım. Məktəb illərinin xatirələri əziz idi. Səhər-səhər saat 6-da qarlı qış günlərində qalxırdıq.

Qarı yara-yara məktəbə gedirdik. Müəllimlərimiz qayğıkeş, uşaqlarımız nizamlı-intizamlı, müəllimə qulaq asan, hörmətini saxlayan idilər. Hamımız xoş arzuların qucağında böyüyürdük. Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, ora vertolyot enərdi”.

Onun sözlərinə görə, Vətən şirin, əziz, yaddançıxmazdır:

“60 yaşım olsa da, yenə də ən şirin anlarımda, ən qəmli günlərimdə, ən sakit çağlarımda ancaq ora ilə yaşayıram. Atam Aşıq Müseyibi yuxularımda ikimərtəbəli, göy eyvanlı evimizdə görürəm.

İnanıram ki, ordumuzun möhtəşəm qələbəsindən sonra, möhtərəm Prezidentimizin danılmaz siyasəti sayəsində Göyçəyə qayıdacağıq. Oradakı torpaqlardan gətirib Göyçə həsrəti ilə gözlərini yuman atamın, anamın qəbrinin üstünə tökəcəyəm”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 310 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 310 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 310 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 310 baxış
Seçilmişlər
icon