Çar Rusiyasına qarşı üsyana qalxan Pəmbək mahalı niyə 2 yerə bölündü? | Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin tarix boyu havadarlara sığınaraq çirkin niyyətlərini reallaşdırmaq üçün müxtəlif vasitələrə əl atıb böldüyü əzəli torpaqlarımızdan biri – Pəmbək mahalı haqqında süjet hazırlanıb.
“İki rayona bölünən mahal – murdar erməni planı” adlı süjetdə indiki Ermənistan ərazisində ən qədim zamanlardan bəri Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif türk boylarının yaşadığı, Pəmbək etnotoponiminin “uca bəylər” anlamına gələn etimoloji izahının Dədə Qorqud boylarındakı Oğuz babalarımızı xatırlatdığı bildirilir.
Qeyd olunur ki, indiki Ermənistan ərazisində yerləşən Pəmbək Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biridir:
“1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi nəticəsində Loru-Pəmbək bölgələri rusların əlinə keçir. Həmin ilin iyulunda Pəmbək əyalətinin 14 kəndindən, təxminən beş-altı min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınır. Sonralar Pəmbək əyalətindəki türklərin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan qaldırır. 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən çıxaraq Qars paşalığına sığınırlar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət edir. Təəssüf ki, bölgəyə ermənilərin köçürülməsi də məhz həmin illərə təsadüf edir. Belə ki, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən iki min erməni qaçaraq rusların himayəsinə keçir və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılırlar”.
Diqqətə çatdırılır ki, Pəmbək mahalının ərazisi Ermənistan SSR-nin rayonlaşdırılması zamanı əsasən Böyük Qarakilsə – sonralar Kirovakan və Quqark rayonu, Hamamlı – sonralar Spitak rayonu arasında bölünür.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
