Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyanla görüşüb.
Görüş zamanı postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəfə məlumat verilib.
BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.
Bölgədə sülh və reinteqrasiya prosesləri barədə danışan Ceyhun Bayramov ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.
Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
