Ceyhun Bayramov “Napoli”-“Qarabağ” matçı barədə paylaşım etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun oyununda "Napoli" – "Qarabağ" qarşılaşmasını izləyib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", – deyə paylaşımda vurğulanıb.
Öz növbəsində, Ceyhun Bayramov da sosial mediada paylaşım edərək "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.
"Oyun başa çatdıqdan sonra "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəllə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzulayıram", – deyə nazir bildirib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
