Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə iqtisadi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Portuqaliyanın xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığının yeni sahəsi kimi enerji keçidi və bərpa olunan enerji sahələri, nəqliyyat-kommunikasiya, turizm və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Portuqaliya şirkətlərini Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməyə dəvət edib.
Ceyhun Bayramov görüşdə həmkarını postmünaqişə dövründə Ermənistanın hərbi-siyasi təxribatları, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən səbəblər, tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə ətraflı məlumatlandırıb.
Azərbaycanın tam suverenliyinin bərpa etməsindən sonra sülh sazişinin imzalanması üçün real şansların olduğunu bildirən nazir Ermənistanın bu tarixi imkanları müsbət dəyərləndiriləcəyinə ümidvarlığını ifadə edib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
