Ceyhun Bayramovla Andrey Sibiqa arasında telefon danışığı olub - Baku TV
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.
Bu barədə Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.
"Ceyhun Bayramovla səmərəli söhbətim oldu. Həmkarıma qonaqpərvərliyinə və liderlərimizin Qəbələ səfəri zamanı mənimlə görüşdüyünə görə təşəkkür etdim. Biz bu danışıqlarda əldə edilən razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik və ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdik", – deyə paylaşımda qeyd olunur.
A.Sibiqanın sözlərinə görə, tərəflər həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
"Ukrayna suverenliyimizi və ərazi bütövlüyümüzü davamlı olaraq dəstəklədiyinə, eləcə də xüsusilə enerji sektorunda göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır. Biz fəal dialoq aparmaq və əlaqələrimizi davam etdirmək barədə razılığa gəldik", – deyə A.Sibiqa bildirib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyii (XİN) teqi istifadə olunub
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV
- Azərbaycan Polşa televiziyasının qərəzli süjetinə rəsmi etirazını bildirdi - Baku TV
- İsrailin "erməni soyqırımı" ilə bağlı qərarına Azərbaycandan reaksiya - Baku TV
- Azərbaycan Səudiyyə Ərəbistanına faciəli helikopter qəzası ilə bağlı başsağlığı verib - Baku TV
