Pleyeri seçin:

Daha ədalətli düzən üçün... | Prezidentin Bakıdakı konfransın iştirakçılarına müraciəti

28 aprel 2025 916 baxış

Prezident İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi ‒ Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İlham Əliyevin müraciətini səsləndirib.

Müraciətdə deyilir:

“Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanıb. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalayıb.

100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirib.

Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm! Azərbaycana hər zaman güvənə bilərsiniz!”.

Banner
Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Siyasət
16 oktyabr 2026 916 baxış
Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Siyasət
16 oktyabr 2026 916 baxış
Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Siyasət
16 oktyabr 2026 916 baxış
İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 916 baxış
Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Siyasət
16 oktyabr 2026 916 baxış
Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Siyasət
16 oktyabr 2026 916 baxış
“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

Siyasət
16 oktyabr 2026 916 baxış
Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 916 baxış
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

Siyasət
16 oktyabr 2026 916 baxış
Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Siyasət
16 oktyabr 2026 916 baxış
Seçilmişlər
icon