Dəmiryolu vağzalında sonlanan parlaq ömür | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Daim təzyiqlərə məruz qalan Karbibasarlı Əziz Əliyev” adlı süjet hazırlanıb.
Verilişdə Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmməd Kərim oğlu Əliyevin həyatından bəhs olunub.
Bildirilib ki, İrəvan aydınları sırasında parlaq sima olan Ə.Əliyev İrəvanın sayılıb-seçilən böyük nəslin nümayəndəsi olmaqla yanaşı, keçdiyi çətin həyat yolu ilə böyük miras qoyub:
“Əziz Əliyevin Dağıstan xalqının tarixində də misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Məhz onun sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar”.
Qeyd olunub ki, gənc yaşlarından doğma yurdundan ailəsi ilə birlikdə məcburi köçürülən Əziz Əliyev Naxçıvanın Şahtaxtı kəndinə, sonra isə Araz çayını keçərək bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində yaşamalı olur. O, tibbi xidmətini burada da davam etdirib və həkim köməkçisi kimi çalışıb.
Sonda vurğulanıb ki, Əziz Əliyev evin qulluqçusunu Bakı Dəmiryol Vağzalından yola salanda ürəyi tutub və elə burada da vəfat edib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
