Pleyeri seçin:

Dezinformasiyaya qarşı ortaq mübarizə üçün Bakı yeni platforma yaradır

27 noyabr 2025 728 baxış

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir. Məqsəd türkdilli ölkələr arasında media və kommunikasiya sahəsində əməkdaşlığı gücləndirmək, qarşılıqlı informasiya təhlükəsizliyini daha dayanıqlı hala gətirməkdir.

Forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar” mövzusunda panel sessiya təşkil olunub. Burada iştirakçılar dezinformasiya kampaniyalarının sərhəd tanımayan şəkildə yayılmasının yaratdığı riskləri və türk dövlətlərinin media ekosistemində dayanıqlığın artırılmasının strateji əhəmiyyətini müzakirə ediblər.

Panel zamanı nümayəndələr öz ölkələrinin media sahəsində apardıqları işlər, dezinformasiya ilə mübarizə tədbirləri və TDT çərçivəsində fəaliyyət göstərən platformaların hazırkı vəziyyəti barədə məlumat veriblər. Azərbaycan tərəfi əməkdaşlığın Türk Dövlətləri Təşkilatı üçün prioritet olduğunu xüsusi vurğulayıb. Eləcə də Azərbaycan-Özbəkistan arasında mövcud “yol xəritəsi” çərçivəsində həyata keçirilmiş qarşılıqlı layihələr Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Forumun digər paneli isə “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusuna həsr olunub. Burada rəqəmsal informasiya axınının sürətlə dəyişdiyi bir dövrdə daha çevik, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq formatlarının qurulması vacib sayılıb.

Qırğızıstan nümayəndələri isə sosial şəbəkələrdən yayılan dezinformasiyanın cəzasız qaldığını bildirərək vacib təkliflə çıxış ediblər.

“Media savadlılığı çox vacibdir. Amma bu, təkcə dezinformasiyanı seçməklə bitmir. Sosial şəbəkələrdən yayılan saxta məlumatlara görə ölkələrimizdə heç bir mexanizm işləmir. Ona görə də düşünürəm ki, sosial şəbəkə şirkətlərinin TDT ölkələrində ofisləri açılsa, yaxşı olar”, – deyə Qırğızıstanın media nümayəndəsi Zarina Kalmuratova bildirib.

Bakıda keçirilən Media Forumu türkdilli ölkələrin informasiya mühitində həmrəylik, təhlükəsizlik və strateji əməkdaşlığı gücləndirmək istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 728 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 728 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 728 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 728 baxış
Seçilmişlər
icon