Dini konfessiyalar bəyanat qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyev tərəfindən elan edilmiş 2025-ci il — "Konstitusiya və Suverenlik ili" və Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində birgə bəyanat qəbul ediblər. Bəyanatda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası tarixi nailiyyət kimi yüksək qiymətləndirilib. Din xadimləri 2025-ci ilin avqustunda Vaşinqtonda Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən Zirvə görüşünün nəticələrini Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qeyd ediblər. Sənəddə həmçinin ABŞ tərəfindən 907-ci düzəlişin ləğv edilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması regionda yeni sülh dövrünün başlanğıcı kimi səciyyələndirilib. Materialda dini icmaların dövlətçilik siyasətinə dəstəyi və milli həmrəylik mesajları əks olunub.
