DTX Ermənistanla məxfi əməkdaşlıq edən şəxsləri ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısı alınıb.
DTX-dən verilən məlumata görə, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 43 yaşlı Rəşad Əhməd oğlu Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib. R.Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 33 yaşlı Rövşən Musa oğlu Əmirov və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “YouTube” kanalları və digər sosial şəbəbəkələrdə paylaşılıb.
R.Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan vətəndaşları arasında yayılmasını təşkil edib.
Bundan başqa, R.Əhmədov vətəndaşların guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilən digər tapşırıqları da icra edib.
R.Əhmədov Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq və xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar, Rövşən Əmirov dövlətə xəyanət və xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
