Elçin Məmmədova ali hərbi rütbə verildi | Prezidentdən sərəncam
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların 12 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Dövlət başçısnın digər sərəncamı ilə polkovnik Elçin Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Elçin Məmmədov Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Ali Hərbi Məktəbinin rəisidir. O, bu vəzifəyə 2023-cü ilin iyununda təyin olunub. Həmin təyinatadək Elçin Məmmədov Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub. O, 44 günlük Vətən müharibəsində iştirak edib və Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Əslən Cəbrayıl rayonundan olan Elçin Məmmədov İstanbul Levent Hərbi Akademiyasında ali təhsil alıb.
#İlham Əliyev teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
