Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün cəlbedici platformaya çevrilir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kənd təsərrüfatı, turizm, su ehtiyatlarının idarəedilməsi – bütün bu sahələrdə dövlət və özəl şirkətlər Azərbaycanda layihələr həyata keçirir. Hesab edirəm ki, Latviya investorları üçün bu fürsətləri nəzərdən keçirmək də maraqlı olardı.
Bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
“Həmçinin Ələt Azad İqtisadi Zonası da yaxşı xidmətləri təmin edir və böyük həcmdə xarici investisiyaların cəlb olunmasına artıq imkan yaradan investisiya yönümlü qanunvericilik mövcuddur. Buna baxmayaraq, bu gün aydındır ki, xarici investisiyaları cəlb etmək asan bir iş deyil. Lakin hesab edirəm ki, qanunverici baza və əsas dəniz limanlarına və dəmir yoluna yaxınlıq Ələt Azad İqtisadi Zonasını cəlbedici edir”, – Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
- Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV
