Pleyeri seçin:

Əli Əsədov Prezidentin Bakıdakı sessiya iştirakçılarına müraciətini səsləndirdi

10 iyul 2025 653 baxış

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb.

Açılış mərasimində Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsi olduğu qeyd olunub.

“Qlobal mülki müdafiə, o cümlədən fövqəladə hallara hazırlıq, fəlakətlərə reaksiya sahəsində dost ölkələrin aidiyyəti orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm.

Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olması olduqca labüddür.

Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katib vəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında həlledici mərhələ olacaq. Seçkiyə təqdim olunan namizədlər arasında Azərbaycan nümayəndəsi də yer almaqdadır. İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Baş katib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektiv bir təşkilat modelinin formalaşdırılması istiqamətində ardıcıl və prinsipial səylər göstərəcək”, – deyə müraciətdə bildirilir.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 653 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 653 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 653 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 653 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 653 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 653 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 653 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 653 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 653 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 653 baxış
Seçilmişlər
icon