Enerji təhlükəsizliyinə ölkəmizin töhfəsi | Neçə ölkə Azərbaycandan qaz alır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır”.
Bu sözləri Baş nazir Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, ənənəvi enerji resursları sahəsində qazandığımız təcrübə və formalaşdırdığımız infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır.
“Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir”, – deyə Əli Əsədov əlavə edib.
#Enerji təhlükəsizliyi teqi istifadə olunub
- Ukrayna enerji təhlükəsizliyinin təmin olunması üçün razılaşma təklif edir - Baku TV CANLI
- Azərbaycanın enerji təhlükəsizliyi yeni sınaq qarşısında - AKTUAL GÜNDƏM
- Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər
- Prezident İlham Əliyev Avropaya qaz nəqlinin önəmindən danışdı - Baku TV
- Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində əsas rol oynayır - Baku TV
