Erməni nəşrindən sensasiya | MI6-nın rəhbəri Bakıda görüşdə olarkən...
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Bakı səfəri Ermənistanda ciddi müzakirə edilir.
R.Mur ADA Universitetində mühazirə oxuyub, lakin səfərin detalları məlum deyil.
Onun “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirak üçün gəldiyi istisna deyil.
Ermənistan mediasında R.Murun Bakı səfəri ilə bağlı ortaya atılan bir iddia xüsusilə diqqət çəkir.
“Hraparak” nəşri erməni “Telegram” kanallarına istinadən iddia edir ki, R.Murun səfəri ərəfəsində Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Hrant Jilavyan da Bakıya gedib.
“Yayılan məlumata görə, Hrant Jilavyan həftəsonu gizli şəkildə Bakıda səfərdə olub və R.Mur da daxil olmaqla, bir sıra görüşlər keçirib. Bu informasiya təsdiq olunmadı, lakin təkzib də edilməməsi şübhələri artırır”, – nəşr iddiasını belə davam etdirib.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
