“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Erməni kəndləri ilə digər kəndləri məqsədli şəkildə birləşdirirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə (Sisian) rayonunun, Sofulu kənd sakini Əlövsət Quliyevin həyat hekayəsinə həsr olunub.
Onun sözlərinə görə, 1918-ci illərdə Andranikin dəstələri Hortagiz kəndini xarabalıqlara çevirib, dağıdıblar:
“Kəndin hər tərəfini mühasirəyə alıb bir yerdən çıxış qoyublar ki, guya oradan çıxsınlar. O tərəfdən isə onları öldürüblər. Babamgil bizə danışırdılar ki, o vaxt Sofulu kəndinə də ermənilər hücum ediblər.
1901-1908-ci illərdə bir köç olub, 1918-ci ildə təkrar hücum ediblər. Əmim qundaqda uşaq kimi Naxçıvana gedib, sonra yenidən qayıdıblar. Kəndlərdən bizim xalçaları ermənilər oğurlayıblar. Erməninin etibarı yoxdur.
Biz 11-ci sinifdə oxuyanda artıq təbəqələşmə gördük. Məktəbə gedirdik, ermənilər yolda balaca uşaqları öyrədirdilər ki, bizə daş atsınlar. Uşağa nəsə edəndə divarın dalından çıxıb bizə hücum edirdilər ki, uşağı niyə vurursan”.
Ə.Quliyev deyib ki, 1972-1973-cü illərdən sonra kənddə şagirdlərin sayı tədricən azalırdı, 1980-ci illərdə siniflərə uşaq çatmırdı:
“İşıqlar, Qızıl-Şəfəq, Sofulu, Murxuz kəndlərini bir sovxoz etdilər. Ondan sonra erməni kəndi ilə digər kəndləri birləşdirdilər və düşünülmüş formada bizim deportasiya 1960-cı illərin sonunda başladı”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
