Pleyeri seçin:

Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

22 avqust 2023 115 baxış

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” adlı veriliş efirə gedib.

Verilişdə tanınmış erməni yazıçısı və alimi Lusine Xaçatryan istər bədii əsərlərində, istərsə də tədqiqatlarında Qərbi Azərbaycan ərazisində azərbaycanlılar, onlara məxsus mədəniyyət abidələri, həmçinin qaçqınlıq tarixi, ermənilər tərəfindən abidələrin dağıdılması, Azərbaycan adlarının dəyişdirilməsi mövzularına toxunur. Əslində erməni millətçiliyinin tərəfində olan Lusine tarixi gerçəyi dana bilmədiyindən tədqiqat və seminar mövzularında ermənilərin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi barbarlığı, vandalizmi və repressiyanı göstərmək məcburiyyətində qalır.

Avropada mükafata layiq görülən “Yaddaş dalanı” hekayələr toplusunda çağdaş erməni insanının yaddaşında ilişib qalan qorxuların dalanına düşməsi, oradan çıxa bilməməsi, daxili, ictimai acılar içində çabalamasını qabardır. Özünə və psevdotarixinə hər an qəsd görən erməni türkü, azərbaycanlını, farsı, gürcünü, rusu, KQB-ni, Qərbi, bir sözlə hər kəsi özünün yalanlarına qəsd edəcəyini düşünür. Müəllif yazır: “Burada biz “yaşamırıq, ömrün sonunu gözləyirik. Biz ölümü təxirə salmağa davam edirik, yoxsa həyatı gecikdiririk?”. Lusine bu qorxular və qorxulardan yaranan düşmənçilikdən Ermənistanın gələcəyi olmayacağı qənaətindədir.

“Lars tələsi” povestindən “Ermənistanda yaşamaq və klaustrofobiyada olmamaq çətindir” fikri yaranır. Müəllif klaustrafobiyanı güclü qorxu kimi qeyd edərək əslində ermənilərin bütün qorxularının səbəbini elə bunda görür.

“Qarabağ ət dükanı” əsərində isə özünü siyasi problemlər məngənəsinə saxlayan erməninin böyük mədəniyyətdən, sivilizasiyadan geri qaldığını bədii fəndlərlə çatdıra bilir. Bu əsərin də daxil olduği ibarət kitab Avropa İttifaqının 2021-ci ildə ədəbiyyat mükafatına layiq görülüb.

Tanınmış yazıçı və alim Lusine Xaratyanın digər araşdırmaları növbəti buraxılışda təqdim olunacaq.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 115 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 115 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 115 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 115 baxış
Seçilmişlər
icon