Pleyeri seçin:

Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək | Qərbi Azərbaycan Xronikası

20 oktyabr 2023 177 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Babalarımızın ruhları ermənilərin orada yaşamasına imkan verməyəcək” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Toxluca kənd sakini Müzahim İsgəndərovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb, gənc vaxtlarında əsas gününün Göyçə gölünün sahilində keçdiyini bildirib.

M.İsgəndərov deportasiya illərindən də söz açıb. 1988-ci ildə Göyçənin Şorca kəndində böyük bir mitinq keçirərək Göyçə mahalına muxtariyyət tələb etdiklərini deyib:

“Biz Qarabağ Azərbaycan torpağıdır!” şüarını qaldırmışdıq. Bundan sonra ermənilər daha da qorxuya düşdü və başladılar bizi sıxışdırıb çıxarmağa. Təbii ki, biz öz torpaqlarımızdan çıxmaq istəmirdik. Rus hərbçiləri var idi, onları göndərdilər. Rus hərbçiləri dedilər ki, sizə 10 gün vaxt veririk. Çıxmasanız, biz sizi qoruya bilməyəcəyik. Çıxmalısınız. Yavaş-yavaş da camaat çıxırdı, biz də məcbur olduq öz ata-baba yurdumuzu tərk etdik”.

Onun sözlərinə görə, 35 ildir Bakı şəhərində yaşamalarına baxmayaraq, yenə də yuxuda kəndlərini görür:

“Biz orada böyümüşük, boya-başa çatmışıq, o evləri öz əlimizlə tikmişik. Ora bizim ata-baba yurdumuzdur. Qəbirlərimiz oradadır. Bizim bugünkü məqsədimiz torpaqlarımıza, dədə-baba yurdlarımıza qayıtmaqdır. Ermənilər heç vaxt Qərbi Azərbaycanda yaşamayıblar. Qərbi Azərbaycan bizim üçün doğmadır. İnşallah, biz gedib elimizi, obamızı ziyarət edəcəyik, orada yaşayıb yenə quracağıq. Ora bizim daimi vətənimizdir".

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 177 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 177 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 177 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 177 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 177 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 177 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 177 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 177 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 177 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 177 baxış
Seçilmişlər
icon