Ermənilər rayon mərkəzində azərbaycanlılara hücum edirdilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin qonağı Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, iqtisad elmləri doktoru Elşən Qurbanov olub.
O, ata-baba yurdu Göyçə mahalı barədə danışıb. Bildirib ki, orta və ali təhsil aldıqdan, xaricdə təhsilini davam etdirdikdən sonra da Basarkeçər rayonunun Nərimanlı kəndi ilə əlaqəsini itirməyib.
Nərimanlının tarixindən söhbət açan professor söyləyib ki, 1927-ci ilə qədər bu yaşayış məntəqəsinin adı Hüseynquluağalı olub. Onun sözlərinə görə, Nərimanlı qədim tarixi, əhalisinin elm və təhsilə sonsuz marağı, tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə xüsusi diqqət çəkib.
E.Qurbanov ötən əsrdə ermənilərin Qərbi Azərbaycanda törətdiyi soyqırımı və deportasiyalara da toxunub. Vurğulayıb ki, XX əsrin əvvəllərində evlərindən zorla qovulan soydaşlarımızı ermənilər Sümüktökülən adlanan dərəyə salaraq öldürüblər.
Müsahib deyib ki, 1980-ci illərdə həmin ərazidə insan sümüklərinin tapılması ata-babalarından eşitdiyi bu faktı bir daha təsdiqləyib. Professor deyib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı daim ayrı-seçkilik olub. Basarkeçər rayonunun mərkəzində ermənilər azərbaycanlılara çox pis münasibət göstəriblər. Hətta fürsət düşəndə “Türkləri öldürün” qışqıraraq azərbaycanlılara hücum edib, onları fiziki-mənəvi zorakılığa məruz qoyublar.
1988-ci il hadisələrini xatırlayan E.Qurbanov bildirib ki, o dövrdə azərbaycanlı əhalidən ov silahları yığılsa da, ermənilər avtomat və digər odlu silahlarla təmin olunublar. Silahlı quldur dəstələrə əliyalın müqavimət göstərməyin qeyri-mümkün olduğunu, eyni zamanda qadın, uşaq və qocaların həyatı üçün böyük təhlükə yarandığını görən nərimanlılar məcburən didərginə çevrilib və Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
