Pleyeri seçin:

“Ermənilər xarici ölkələrdə yaşayan azərbaycanlılara da düşmən gözü ilə baxırdılar”

10 iyun 2024 279 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki müsahibi Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, Əməkdar elm xadimi Nəriman Rəsulov olub.

Əməkdar elm xadimi N.Rəsulov ermənilərin azərbaycanlılara qarşı tarixən düşmənçilik etdiyini söyləyib. Qeyd edib ki, bu münasibətdən irəli gələrək, ötən əsrin əvvəlində soydaşlarımız qətliamlara, sonrakı dövrlərdə isə fiziki-mənəvi işgəncələrə, deportasiyalara məruz qalıblar.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda kəndlərdə yaşayan azərbaycanlılar rayon mərkəzlərinə, şəhərlərə gedəndə daim ermənilərin təqiblərinə, təhdidlərinə, ayrı-seçkiliyinə məruz qalıb, məqsədli şəkildə münaqişəyə cəlb olunublar.

Sovet hakimiyyəti illərində qabaqcıl azərbaycanlılar erməni millətçiləri tərəfindən şərlənib, həbs edilib, sürgünə göndərilib, yaxud da sui-qəsd və terror yolu ilə öldürülüblər. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlılara da ermənilər düşmən gözü ilə baxıblar.

Professor N.Rəsulov söyləyib ki, bütün Qərbi azərbaycanlılar kimi, onun da ailəsi 1987-1988-ci illərin deportasiyasında böyük sınaqlarla üz-üzə qalıb.

Valideynləri, yaxın qohumları əmlaklarını, həmin vaxta kimi qurub-yaratdıqlarını, ən əsası isə doğma Vətənlərini itiriblər. Zor gücünə öz evini tərk etməyə məcbur qalan soydaşlarımız yollarda erməni quldurlarının hücumlarına da məruz qalıblar.

Alimin qənaətincə, əgər həmin dövrdə Hamamlı rayonunda zəlzələ baş verməsəydi və ermənilərin başı təbii fəlakətin fəsadlarını aradan qaldırmağa qarışmasaydı, dinc azərbaycanlılar daha böyük faciələrlə üzləşə bilərdilər.

Əməkdar elm xadimi N.Rəsulov sonda bildirib ki, ata-baba torpaqlarına dinc yolla, təhlükəsiz şəkildə qayıtmaq hər bir Qərbi azərbaycanlının, o cümlədən onun da haqqı və hüququdur. Professor əminliklə vurğulayıb ki, yaxın gələcəkdə soydaşlarımız bu hüquqlarından yararlanacaqlar.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 279 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 279 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 279 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 279 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 279 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 279 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 279 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 279 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 279 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 279 baxış
Seçilmişlər
icon