Pleyeri seçin:

Ermənistan genişmiqyaslı təxribatlara hazırlaşır? | Ekspertlərdən açıqlama

16 avqust 2024 563 baxış

Ermənistanın sərhəd təxribatları davam edir. Naxçıvan istiqamətində mövqelərimiz Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulur.

Qəribə görünsə də, Ermənistan tərəfi bir tərəfdən Azərbaycanla sülh danışıqları aparmaq istədiyini bəyan edir, digər tərəfdən isə dövlət sərhədində təxribatlardan əl çəkmir.

Analitiklər bildirirlər ki, sərhəddə “Silahı ordumuza tuşlayan Ermənistan olsa da, tətiyi çək!” əmrini verən onun havadarlarıdır.

Ermənistanın sürətlə silahlanması, Fransa və Hindistandan alınan və alınacaq silahlar İrəvanın genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığını göstərir. Öz növbəsində Nikol Paşinyan hakimiyyətinin primitiv diplomatik oyunlara əl ataraq populist çıxışlarla guya sülh prosesinə ciddi yanaşdığını göstərməsi isə bütün bu baş verən hadisələrin gedişində artıq öz təsir imkanını itirib.

Siyasi şərhçilərə görə, Ermənistanın silahlanması fonunda daha əvvəllər Kəlbəcərin, indi isə vaxtaşırı Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması regionda vəziyyətin hər an nəzarətdən çıxmasına səbəb ola bilər.

Siyasi şərhçi Turab Rzayev bildirib ki, Azərbaycan Naxçıvan arasındadır və belə bir dövrdə də biz Naxçıvana daimi atəşin şahidi oluruq:

“Hücumların davamlı Naxçıvan istiqamətində aparılması bizdə haqlı olaraq sual yaradır ki, görəsən, əsas hədəf Naxçıvandırmı? Faktiki olaraq Qarabağda Azərbaycan qarşısında duruş gətirə bilməyən qarşı tərəf Naxçıvanın Azərbaycandan izolyasiya olunmuş olmasını, kənarda olmasını bir fürsət olaraqmı görür?

Nəzərə alsaq ki, digər tərəfdən Rusiyanın Zvartnots hava limanında olan əsgərləri, Qarabağdakı sülhməramlıları Zəngəzur bölgəsinə paylanmışdır. Eyni bölgədə hal-hazırda bir-biri ilə geopolitik rəqabətdə olan və Ukraynada açıq müharibə şəraitində olan Rusiya və ABŞ-nin əsgərləri eyni bölgədədir. Hər ikisi Zəngəzurdadır. Azərbaycan Naxçıvan arasındadır və belə bir dövrdə də biz Naxçıvana daimi atəşin şahidi oluruq deyə bilərik”.

Ekspert qeyd edib ki, Zəngəzur təkcə Rusiyanın və Amerikanın əsgərlərinin, Fransanın və Avropa İttifaqı nümayəndələrinin yerləşdiyi, həmçinin konsulluqların açıldığı bir ərazi deyil, həm də İranla sərhəddir.

Bu da öz növbəsində vəziyyətin nəzarətdən çıxma və mövcud vəziyyətin regional bir münaqişə halına çevrilə bilmə ehtimalını istisna etmir. Beləliklə, Ermənistan öz məkrli xislətinə sadiq qalaraq, xarici himayədarlarının təsiri altında sülh gündəliyinə beləcə süni maneələr yaratmağa və danışıqları faktiki olaraq sabotaj etməyə çalışır.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 563 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 563 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 563 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 563 baxış
Seçilmişlər
icon