Ermənistan XİN rəhbərindən sülhlə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi layihəsini tam şəkildə razılaşdıra biləcək”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz sülh müqaviləsinin daha bir-iki bəndlə bağlı razılığa gələ və tam razılaşdırılmış sülh sazişinə malik ola biləcəyik”, – deyən nazir qeyd edib ki, Ermənistan və Azərbaycan demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyətinin reqlamentinin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcəklər.
A.Mirzoyan çıxışı zamanı həmçinin bildirib ki, Ermənistan xarici siyasətinin gündəliyində qondarma erməni soyqırımının tanınması məsələsi artıq prioritet deyil. XİN rəhbəri belə məsələləri tarixçilərin öyrənməli olduğunu vurğulayıb.
#Ermənistan XİN teqi istifadə olunub
- Mirzoyan Rusiya Prezidentinin açıqlamalarına necə reaksiya verdi?
- Vaan Kostanyanın yerli televiziyaya diqqətçəkən müsahibəsi
- Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia
- Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama
- Davamlı sülh üçün növbəti mühüm addım | ABŞ-dəki görüşün detalları
