Pleyeri seçin:

Ermənistan yenidən təxribata hazırlaşır, yoxsa…? | Mirzoyan qorxu içindədir

08 yanvar 2025 275 baxış

“Azərbaycan hücum silahları əldə edir, Ermənistan da silah alır, lakin Azərbaycandan daha az miqdarda”.

Bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında səslənib.

“Silahların alınması hər kəsin suveren hüququdur. Sərhədlərini qorumaq da Ermənistanın suveren hüququdur. Amma hər hansı narahatlıq olsa belə, məlumdur ki, biz qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və qonşularımızdan da ərazi bütövlüyümüzü tanımasını gözləyirik. Biz bildirmişik ki, qonşularımıza qarşı hər hansı hərbi əməliyyat keçirmək fikrimiz yoxdur.

Onların da bizə qarşı eyni davranışı göstərməsini gözləyirik. Eyni zamanda biz ordumuzda islahatlar aparırıq və bu islahatın tərkib hissələrindən biri də silahların alınmasıdır. Biz Azərbaycanın mümkün hücum niyyətindən narahatıq. Ermənistan sırf müdafiə məqsədilə silah alıb və əldə edəcək”, – deyə A.Mirzoyan bildirib.

Erməni nazir həyasızlıqla Azərbaycanın Ermənistanın “200 kvadratkilometrdən çox ərazisini işğal etdiyini” də söyləyib. Onun sözlərinə görə, Ermənistan bu halda belə hərbi yola baş vurmaq fikrində deyil, lakin bu məsələyə delimitasiya prosesinin tərkib hissəsi kimi baxmaq niyyətindədir.

“Biz alınan silahları geri qaytarmaq fikrində deyilik”, – deyə Ermənistan xarici işlər naziri əlavə edib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 275 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 275 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 275 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 275 baxış
Seçilmişlər
icon