Ersin Tatar Şuşaya edəcəyi səfərdən danışdı | İlham Əliyevə təşəkkür edirəm
Yeniliklərdən dərhal xəbərdar olun
“Şuşaya səfərə dəvət edildiyim üçün xalqım adından və şəxsən öz adımdan İlham Əliyevə təşəkkür edirəm”.
Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar söyləyib.
Ersin Tatar Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə toxunub.
“3 ay əvvəl Bakıya səfərim zamanı İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı bağların daha da gücləndiyini, Qarabağ Zəfərindən sonra yeni bir eranın başladığını vurğulamışdı.
Münasibətlərimiz tək millət üç dövlət səviyyəsindədir. Bizim keçmişimiz, taleyimiz birdir. Bir-birimizə daima dəstək olmalıyıq. Bu fikirləri görüşümüz zamanı İlham Əliyev də ifadə etmişdi. Türkiyə hər zaman Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi də buna nümunədir”, – o bildirib.
#Ersin Tatar teqi istifadə olunub
- Ersin Tatar seçkilərin nəticələrini tanıdı
- İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb
- Şimali Kipr Prezidentindən dostluq mesajı | “Qarabağın bərpası bizi də qürurlandırır”
- Şimali Kipr Prezidenti Azərbaycana səfərinin önəmini "Baku TV"yə açıqladı | RƏSMİ CAVAB
- Şimali Kipr Prezidenti “Xankəndi” Konqres Mərkəzinə gəldi
