Fransa müstəmləkəçiliyinə son! | Bakı Təşəbbüs Qrupu hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Təşəbbüs Qrupunun çağırışı ilə Fransanın son müstəmləkələri olan Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri “KANAK Xalqı ilə Həmrəylik” adlı video-konfrans təşkil ediblər.
Çıxış edənlər Fransa polisi və jandarm qüvvələrinin son günlər paytaxt Numeada və ətraf ərazilərdə törədilən vəhşilikləri kəskin qınayıblar.
Beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, BMT üzv dövlətlərini Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının qarşısını almağa çağırıblar.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyasının ətrafında birləşməyə və Fransa kolonializminə “Yox”, müstəqillik uğrunda ədalətli mübarizəyə “Hə” deməyə səsləyib.
Videokonfrans çərçivəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionların müstəqillik çağırışlarını ehtiva edən fləş-mob keçirilib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bəyan edib.
#Bakı Təşəbbüs Qrupu teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV
- Parisdəki etirazlarda hüquq və azadlıqların qorunması tələb olunur - Baku TV
- Belçikanın müstəmləkə keçmişi Bakıda müzakirə olundu - Baku TV
- Müstəmləkəçilik tarixi yenidən gündəmdədir | Ruanda səfiri BTQ-nin rolunu önə çəkib - Baku TV
- Bakıda Afrika reallıqları müzakirə olunub | Belçika ilə bağlı ağır iddia səsləndirilib - Baku TV
