Pleyeri seçin:

Fransalı kəşfiyyatçılar niyə qaçır? - Ermənistan müstəqilliyini itirə bilər?

04 aprel 2024 323 baxış

Müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının daxilindən sızan məlumatlar əsasında dövri araşdırmaçı məqalələrlə çıxış edən “Observer Online”ın növbəti “Fransa kəşiyyatçıları ölkələrdən niyə qaçır?” başlıqlı araşdırma yazısında çoxsaylı yeni və qaranlıq məsələlərə toxunub.

Yazıda Fransanın Azərbaycanda və digər dövlətlərdə üzləşdiyi məsələlərə eyham vuran saysız ipucular və sızmalar, digər dövlətlərin marağına səbəb olan Fransa kəşfiyyatının üsul və metodları açıqlanıb.

Məqalədə qeyd olunub ki, Fransada erməni lobbisinin təşəbbüsləri və Afrikadakı uğursuzluqların fonunda yeni koloniya olmağa tam yarayan Ermənistan Paris silahlarının satışı üçün cəlbedici bazar olub. Bitərəf müşahidəçilər də bunu Qafqaz regionunda beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanla Ermənistan arasında bitmiş müharibənin alovlandırılması cəhdi və dayanıqlı sülhün bərqərar olmasına maneə kimi qiymətləndirir.

Müəllifin sözlərinə görə, Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən Fransa bu hadisədən sonra Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərməyə başlayıb. Bu da Fransa kəşfiyyatının özünü sərbəst buraxmağa vərdiş etmiş nümayəndələrinin ifşa olunmasına gətirib çıxardı.

“Qafqaz regionunun ən böyük gücü Azərbaycan geniş əks-kəşfiyyat və kəşfiyyat imkanlarına malik olan ölkədir, Fransa kəşfiyyatı agenturasına qarşı təbdirlər də silsilə həbslər, “persona non grata”lar və digər tədbirlərlə müşayiət olunub. Buraxılan səhvlərin pikində Fransada xarici kəşfiyyat orqanının rəhbəri və xarici işlər naziri vəzifəsindən azad edildi”, – deyə yazıda qeyd olunub.

Bundan başqa, məqalədə o da bildirilib ki, Fransa vətəndaşlarının casus kimi istifadə edilməsi ilə bağlı Azərbaycanda başlanılmış istintaq artıq müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara və regionlara da sirayət edib. Məlum olub ki, vaxtilə müxtəlif cinayətlərə yol vermiş kəşfiyyatçılarını Fransa sonradan gizlincə çoxsaylı ölkələrin təmsil olunduğu beynəlxalq təşkilatlara rəhbər postlara yerləşdirib. Onlardan biri Bakıda 2023-cü ilin dekabr ayında silsilə həbslər başlayan kimi Mərkəzi Asiyadakı beynəlxalq təşkilatın rəhbəri postunu başsız qoyub ilk reyslə Bişkek şəhərindən Fransaya qaçıb.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 323 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 323 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 323 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 323 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 323 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 323 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 323 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 323 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 323 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 323 baxış
Seçilmişlər
icon