Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.
Qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açılıb, paytaxtla yanaşı, regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Bütün bunların, eyni zamanda Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.
Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər
- Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV
- İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV
- Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV
