Gün ərzində neçə min sərnişin Bakının mərkəzinə doğru yönəlir? | AYNA-nın sədrindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır”.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA sədri əlavə edib ki, vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlanıb və onun iki əsas istiqaməti var:
“Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilib. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. 6 digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.
#Anar Rzayev teqi istifadə olunub
- "Əgər avtobusların hərəkətinə maneə yaranmasa..." | AYNA sədrindən açıqlama - Baku TV
- 2040-cı ilə qədər yollarda nələr dəyişəcək? - Baku TV
- "Koroğlu" metrosunu bu küçə ilə birləşdirən yol... - Hansı ərazilərdə dəyişiklik ediləcək? - Baku TV
- Bakıda 10 yeni metrostansiya tikiləcək | Rəsmi açıqlama - Baku TV
- Xırdalan dairəsində yenilik ediləcək | Bakı-Sumqayıt yolunda tıxaca son qoyulur? - Baku TV
