Herher kəndindəki bulağın suyu yayda sərin, qışda isti olurdu - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Xalq şairi Vahid Əziz olub. O, anadan olduğu Dərələyəz mahalı, Paşalı rayonu, Herher kəndi haqqında danışıb.
Bildirib ki, səfalı təbiəti, axar çayı, göz yaşı kimi dupduru, qışda isti, yayda sərin bulağı ilə yaddaşında qalan doğma kəndini uşaq yaşlarında məcburən tərk edib. Şairin sözlərinə görə, 1948-1953-cü ilin deportasiyasında ailəsi Paşalı rayonunun Herher kəndindən Azərbaycanın Tərtər rayonuna köçüb.
Həmin vaxt uşaq olduğunu diqqətə çatdıran müsahib baş verənləri tam dərk edə bilmədiyini, amma Azərbaycana getdiklərinə görə böyük sevinc hissi yaşadığını vurğulayıb.
Herher barədə xatirələrini dilə gətirən V.Əziz Azərbaycanın bütün dilbər guşələri kimi, doğma kəndinin də strateji əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, İosif Stalinin ölümündən bir neçə il sonra müxtəlif vaxtlarda Herherə qayıtmaq, öz evlərinə baş çəkmək imkanı olub.
Xalq şairi deyib ki, bu kəndi tamamilə viran qoyan, qəbiristanlıqları, tarixi abidələri dağıdan vəhşi xislətli daşnaklar Suriyadan köçürülən erməniləri azərbaycanlılara məxsus digər yaşayış məntəqələrində məskunlaşdırıblar.
V.Əziz sovetlər birliyi dönəmində Herherə və qonşu kəndlərə qayıdan ailələrin erməni millətçilərinin təzyiqlərinə, zorakılıqlarına məruz qaldıqlarını söyləyib. Deyib ki, kiçik dayısını və onun hamilə həyat yoldaşını xəstəxanada ermənilər öldürüblər. Həmin illərdə hər hansı səbəbdən xəstəxanaya müraciət edən azərbaycanlıların hər birinin başına faciə gətirilib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
