İçməli su təminatı üzrə son göstəricilər açıqlandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“2004-cü ildə birinci Dövlət Proqramı qəbul edildiyi dövrdə Azərbaycanda içməli su təminatı, sadəcə, 40 faiz, Bakı şəhəri və Abşeron yarımadasında isə 29 faiz səviyyəsində idi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.
“Hazırda içməli su ilə təminat Azərbaycanda 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılıb. Bu proqram çərçivəsində görülmüş işlərdən təbii ki, əvvəlcə həm “Taxtakörpü”, “Ceyranbatan” su anbarları, həm də ultrasüzgəcli sutəmizləyici qurğu – bunlar hamısı həmin proqram çərçivəsində həyata keçirilmiş və bizim su çatışmazlığı vəziyyətindən bugünkü daha yaxşı vəziyyətə gəlməyimizə çox böyük təsiri olub”, – deyə o qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
- Prezident İlham Əliyevin Ərdoğana təbrik məktubu "Haber Global"ın gündəmində - Baku TV
- "İki ölkə tarixin sınaqlarından keçmiş dostdur" | İlham Əliyev Ərdoğanı təbrik etdi - Baku TV
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
