İƏT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş xain hücumu, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və 2 mühafizəçinin yaralanması ilə nəticələnən xain hücumu qətiyyətlə pisləyib.
Baş Katiblik dəhşətli hücumun günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır və diplomatik nümayəndəliyin mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayır.
“İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Braham Taha Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək, hadisə zamanı həlak olan mərhumun ailəsinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb”, - deyə təşkilatın yaydığı bəyanatda qeyd olunur.
#İslam Əməkdaşlıq Təşkilatı teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident və İsmayıl Ould Şeyx Əhməd arasında mühüm müzakirələr - Baku TV
- Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV
