İƏT Bakıda mərkəz açır: yoxsulluğun azaldılması üçün müzakirə
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq, rəhbər seçiləcək”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin mərkəzi qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsünü quruma üzv ölkələr yekdilliklə dəstəkləyib.
“Mərkəz sosial tərəfdaşlıq, əmək münasibətləri çərçivəsində əməkdaşlığı genişləndirəcək. Mərkəzin birinci mərhələdə DOST mərkəzlərinin birində fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzdə ondan çox üzv dövlət təmsil olunur və onlar DOST mərkəzləri ilə təmasda olacaqlar”, – deyə o bildirib.
#İslam Əməkdaşlıq Təşkilatı teqi istifadə olunub
- “Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır” | İƏT-ə üzv dövlətlərin rəsmiləri Bakıda
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
