İƏT daimi nümayəndələr şurasının iclası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində Daimi Nümayəndələr Şurasının 273-cü iclası keçirilib.
Tədbir ölkəmizin İrandakı səfiri Əli Əlizadənin sədrliyi, İƏT-in Baş katibi Xusrov Nozirinin və təşkilata üzv dövlətlərin Tehrandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə hibrid formatda baş tutub.
Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı məlumat verib. Terror aktını təşkil edənlərin və törədənlərin tezliklə müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, eləcə də İran tərəfindən “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin, diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılıb.
İclasın sonunda Daimi Nümayəndələr Şurasının növbəti iclasının razılaşdırılmış tarixi barədə iştirakçılara məlumat verilib.
#İslam Əməkdaşlıq Təşkilatı teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident və İsmayıl Ould Şeyx Əhməd arasında mühüm müzakirələr - Baku TV
- Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV
