İham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşdü
Prezident İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə keçirdiyi görüşün strateji detalları məlum olub. Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər müzakirə edilib. Yunanıstanın Baş naziri regional sülhün gücləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Dövlət başçısı sülh prosesində ABŞ Prezidenti Donald Trampın mühüm rolunu və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılması barədə razılaşmanın əhəmiyyətini vurğulayıb. Baku TV-nin xüsusi materialında həmçinin Azərbaycan və Yunanıstan arasında enerji, ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məsələləri geniş təhlil olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV
- Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV
- “Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub
