İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
Söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Brookfield Asset Management" arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.
Görüşdə ölkəmizlə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olunub.
Azərbaycanın enerji potensialının ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətinə toxunulub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Vyetnam əlaqələrində hansı sahələr önə çıxır? - Baku TV
- İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
- Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV
- Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV
- İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV
