İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV
Prezident İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə koordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.
Qonaqlar qəbula görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini deyiblər və bu tədbirin əhəmiyyətinə toxunublar.
Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğulayıb, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirib.
Söhbət zamanı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyi xatırlanıb, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunulub, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olunub.
Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV
- İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
- Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV
