İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlət başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, son dövrlərdə əlaqələrimizin inkişaf etdiyini deyərək, hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğulayıb.
Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəminə toxunub.
Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər
- Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV
- İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV
- Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV
