İlham Əliyev Dağıstandakı faciə ilə bağlı başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Dağıstanda baş verən hadisə ilə bağlı Rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim. Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”.
Dövlət başçısı Dağıstan rəhbəri Sergey Məlikova da başsağlığı ünvanlayıb.
“Hörmətli Sergey Alimoviç, Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcə kədərləndirdi. Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm”, – deyə başsağlığında qeyd olunub.
#Dağıstan teqi istifadə olunub
- Terror təşkilatı yaradan 17 yaşlı oğlanın şok əməlləri üzə çıxdı - Baku TV
- Prezident Dağıstanın tanınmış şəxsini təltif edib
- Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Rusiyanın raket daşıyan gəmisi vuruldu
- Rusiya Prezidentindən Dağıstanla bağlı vacib fərman - Baku TV CANLI
