Pleyeri seçin:

İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV

17 avqust 2026 405 baxış

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, general-mayor Babək Ələkbərova, general-mayor Aqşin Məhərrəmova və general-mayor Faiq Məmmədova "general-leytenant" ali hərbi rütbəsi, polkovnik Elfan Quliyevə isə "general-mayor" ali hərbi rütbəsi verilib.

Həmçinin dövlət başçısının sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin 41 hərbi qulluqçusu və mülki işçisi ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir əməkdaşı 2-ci dərəcəli "Rəşadət" ordeni ilə, 3 əməkdaşı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 5 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 13 nəfər "Vətən uğrunda" medalı ilə, 3 nəfər "İgidliyə görə" medalı ilə, 54 nəfər isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV

Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV

Siyasət
02 oktyabr 2026 405 baxış
Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR

Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR

Siyasət
02 oktyabr 2026 405 baxış
Üç ölkənin hərbi imkanları eyni təlimdə nümayiş etdirildi - Baku TV

Üç ölkənin hərbi imkanları eyni təlimdə nümayiş etdirildi - Baku TV

Siyasət
02 oktyabr 2026 405 baxış
“İstifadəyə verilməsinə az vaxt qalıb” | İlhami Keleş fabriklə bağlı detalları açıqladı - Baku TV

“İstifadəyə verilməsinə az vaxt qalıb” | İlhami Keleş fabriklə bağlı detalları açıqladı - Baku TV

Siyasət
01 oktyabr 2026 405 baxış
İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV

İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV

Siyasət
01 oktyabr 2026 405 baxış
Eyni meydanda birləşən orduların hazırlığı sınaqdan keçirildi - Baku TV

Eyni meydanda birləşən orduların hazırlığı sınaqdan keçirildi - Baku TV

Siyasət
01 oktyabr 2026 405 baxış
Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV

Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV

Siyasət
01 oktyabr 2026 405 baxış
Paşinyan Azərbaycanla sülh prosesində növbəti mərhələdən danışdı - ANA XƏBƏR

Paşinyan Azərbaycanla sülh prosesində növbəti mərhələdən danışdı - ANA XƏBƏR

Siyasət
01 oktyabr 2026 405 baxış
"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu

Siyasət
01 oktyabr 2026 405 baxış
Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV

Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV

Siyasət
01 oktyabr 2026 405 baxış
Seçilmişlər
icon