Pleyeri seçin:

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub

10 may 2024 632 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib.

Bunda məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Banner
Paşinyandan Ermənistanla bağlı kritik etiraf: Azərbaycanın şərtləri qəbul ediləcək? - AKTUAL GÜNDƏM

Paşinyandan Ermənistanla bağlı kritik etiraf: Azərbaycanın şərtləri qəbul ediləcək? - AKTUAL GÜNDƏM

Siyasət
14 oktyabr 2026 632 baxış
Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV

Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
Azərbaycanın dövlət saytlarına kiberhücum | Hakerlərin əsl hədəfi nə idi? - Baku TV

Azərbaycanın dövlət saytlarına kiberhücum | Hakerlərin əsl hədəfi nə idi? - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
Paşinyanın Azərbaycanla bağlı çıxışında diqqətçəkən məqamlar

Paşinyanın Azərbaycanla bağlı çıxışında diqqətçəkən məqamlar

Siyasət
14 oktyabr 2026 632 baxış
Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV

Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV

Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
III Milli Rəqabət Forumu işə başlayıb | Tədbirdə hansı məsələlərə diqqət çəkilir? - Baku TV

III Milli Rəqabət Forumu işə başlayıb | Tədbirdə hansı məsələlərə diqqət çəkilir? - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - Paşinyanın çıxışı barədə şərh - Baku TV

Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - Paşinyanın çıxışı barədə şərh - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
Media və Yayım Şurasından İran və Türkiyədən ölkəmizə qarşı trol hücumlarına reaksiya - Baku TV

Media və Yayım Şurasından İran və Türkiyədən ölkəmizə qarşı trol hücumlarına reaksiya - Baku TV

Siyasət
14 oktyabr 2026 632 baxış
Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR

Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR

Siyasət
14 oktyabr 2026 632 baxış
Seçilmişlər
icon