İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq.
Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat veriblər.
Bildirilib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Quba-Xəzəryanı üzrə qanunu imzaladı | Neft və qaz kəşfiyyatı genişlənir - Baku TV
- Energetika, mədənçilik və kənd təsərrüfatında imkanlar müzakirə edilib - Baku TV
- Azərbaycan və Laos mina təhlükəsinə qarşı təcrübə mübadiləsi aparacaq - Baku TV
- Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq | İlham Əliyev - Baku TV
- Azərbaycan investisiyaları yeni iş yerləri və istehsal sahələri yaradır - Baku TV
