İlham Əliyev Əlcəzair Prezidentinə mühüm məktub ünvanlandı
“Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk”.
Bu fikirlər Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Gününün 70-ci ildönümü münasibətilə Əlcəzair Prezidenti Abdelmacid Tebbuna ünvanladığı məktubda yer alıb.
Dövlət başçısı vurğulayıb ki, 1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.
“Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq, xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə edib”, – deyə Prezident İlham Əliyevin təbrik məktubunda qeyd olunub.
Dövlət başçısı əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
#İlham Əliyev teqi istifadə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV
- "Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV
- "Milli valyutamız 2017-ci ilin aprelindən sabitdir, indidən sonra da...” | Prezident - Baku TV
- Prezident: “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq” - Baku TV
- "Bunlar edilməsə, gələcək haqqında danışmaq çətin olar" | Prezident forumda çıxış etdi - Baku TV
