İlham Əliyev fərman imzaladı | Enerji effektivliyi fondu yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən, “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib. Müəyyən edilib ki, fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır.
Onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycanın Energetika Nazirliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Energetika Nazirliyi həyata keçirir.
Nazirlər Kabineti qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay ərzində Prezidentə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Energetika Nazirliyi və Tarif Şurasına isə zəruri tədbirlər görmək tapşırılıb.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
- Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV
