İlham Əliyev Frank-Valter Ştaynmayeri belə qarşıladı | Rəsmi mərasimdən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verib. Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
