Pleyeri seçin:

İlham Əliyev ilə Dünya Bankının baş idarəedici direktorunun görüşü olub

18 fevral 2024 510 baxış

Fevralın 18-də Münxendə Prezident İlham Əliyevlə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub.

Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirib. O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd edib. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulanıb.

COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verib. Bunların ilk növbədə milli və regional səviyyədə layihələr olduğunu deyib, bu xüsusda Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edilib və bütün bunlar müsbət addım kimi qiymətləndirilib.

Banner
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - Baku TV

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - Baku TV

Siyasət
12 oktyabr 2026 510 baxış
İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü barədə detallar - Baku TV

İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü barədə detallar - Baku TV

Siyasət
12 oktyabr 2026 510 baxış
Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlardan danışıb - Baku TV

Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlardan danışıb - Baku TV

Siyasət
12 oktyabr 2026 510 baxış
İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı | Mərasimdən görüntülər - Baku TV

İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı | Mərasimdən görüntülər - Baku TV

Siyasət
12 oktyabr 2026 510 baxış
Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi oldu - Baku TV CANLI

Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi oldu - Baku TV CANLI

Siyasət
12 oktyabr 2026 510 baxış
Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV

Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV

Siyasət
11 oktyabr 2026 510 baxış
Xancığazdan Şəkiyə uzanan köç yolu: sakinlər hansı çətinliklərlə üzləşdilər? - Baku TV

Xancığazdan Şəkiyə uzanan köç yolu: sakinlər hansı çətinliklərlə üzləşdilər? - Baku TV

Siyasət
10 oktyabr 2026 510 baxış
Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV

Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV

Siyasət
10 oktyabr 2026 510 baxış
Xancığaz kəndinin tarixi Azərbaycan əhalisi haqqında hansı məlumatları üzə çıxarır? - Baku TV

Xancığaz kəndinin tarixi Azərbaycan əhalisi haqqında hansı məlumatları üzə çıxarır? - Baku TV

Siyasət
10 oktyabr 2026 510 baxış
Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Siyasət
10 oktyabr 2026 510 baxış
Seçilmişlər
icon